Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Almaniyanın keçmiş səfiri İsrailin məskunlaşma siyasətini “fəlakətli” adlandırıb
dünya

Almaniyanın keçmiş səfiri İsrailin məskunlaşma siyasətini “fəlakətli” adlandırıb

12-08-2026 23:00 21 Views
IMG

Almaniyanın İsraildəki keçmiş səfiri Steffen Seibert İsrail hökumətinin işğal olunmuş Qərb Şəriyəsindəki məskunlaşma siyasətini kəskin tənqid edib.

 

Tvit.az xəbər verir ki, Seibert Die Zeit qəzetinə müsahibəsində bu siyasətin fələstinlilərin “psixoloji və fiziki zorakılıq yolu ilə yerdəyişməsinə” səbəb olduğunu bildirib.

 

O, İsrailin təhlükəsizliyinə Almaniyanın dəstəyinin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində keçərli olduğunu vurğulayıb. Seibert Qərb Şəriyəsindəki İsrail məskunlaşmalarını beynəlxalq hüquqa zidd adlandırıb.

 

Aysel Şirinova