İsrail Yəməndəki Ənsar Allah hərəkatının husi üsyançılarının hədəflərinə hücumları davam etdirəcək.
Tvit.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Yəmən ərazisinə endirilən yeni zərbələr seriyasını şərh edərkən deyib.
O xatırladıb ki, bir neçə gün əvvəl İsrail Yəmənin şərqinə nəzarət edən Husi hökumətinin üzvlərinin əksəriyyətini öldürən Sənaya dəqiq zərbə endirib. Buna cavab olaraq, sentyabrın 8-də husilər İsrailin cənubundakı Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına pilotsuz uçan aparatla hücum ediblər, orada bir neçə nəfər yaralanıb.
"Ancaq bu bizim qətiyyətimizi azaltmır, biz bu gün yenidən onlara, onların terror obyektlərinə, çoxlu sayda terrorçunun olduğu bazalara, eləcə də digər hədəflərə hava zərbələri endirdik. Zərbələrimizi davam etdirəcəyik. Bizə atəş açıb bizə hücum edən hər kəsi tutacağıq", -deyə baş nazir bildirib.
Aysel Şirinova