Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran: Zənginləşdirilmiş uran ehtiyatları bombalanmış obyektlərin altında basdırılıb
dünya

İran: Zənginləşdirilmiş uran ehtiyatları bombalanmış obyektlərin altında basdırılıb

12-09-2025 08:00 23 Просмотров
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin zənginləşdirilmiş uran ehtiyatının iyun ayında İsrail və ABŞ-ın nüvə obyektlərinə hücumları nəticəsində dağıntılar altında qaldığını bildirib.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


“Nüvə materiallarımıza aid hər şey bombalanan obyektlərə edilən hücumlar nəticəsində dağıntılar altındadır. Bu materialların mövcudluğu və bəzilərinin vəziyyəti hazırda İranın Atom Enerjisi Təşkilatı tərəfindən qiymətləndirilir”,- deyə nazir vurğulayıb.


Elmin Alışov