Tehranın Piruzi küçəsində yerləşən köhnə ikimərtəbəli yaşayış binası tikinti işləri aparılarkən uçub.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Hadisə nəticəsində 42 yaşlı əfqan fəhlə həlak olub, daha 2 fəhlə isə yaralanıb.
Dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri yanğınsöndürənlərin 12 saatdan çox səyi nəticəsində başa çatıb.
Elmin Alışov