Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "Azərbaycanda ət qiymətləri yüksəkdir" - Deputat
sosial

"Azərbaycanda ət qiymətləri yüksəkdir" - Deputat

12-09-2025 12:00 28 Просмотров
IMG

“Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir”.

"Tvit.az" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri, deputat Tahir Rzayev deyib. 

Onun sözlərinə görə, buna səbəb odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər:

"Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”.