Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı
sosial

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

12-09-2025 21:00 28 Просмотров
IMG

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında 8 avqustda Ağ Evdə birgə bəyanat qəbul edilməsi haqda növbəti dəfə danışıb.

 

Tvit.az xəbər verir ki, o, “Fosk Nyus”un efirində Azərbaycan və Ermənistan arasında sülh yaratdığını fəxrlə bir daha xatırladıb.

 

Amma yenə də Ermənistanın adını deyə bilməyib və bu dəfə də Ermənistanı Albaniya ilə qarışdırıb.

 

Qeyd edək ki, Tramp bundan öncə də “Azərbaycanla Albaniya arasında” sülh yaratdığını demişdi və belə görünür ki, ABŞ lideri Ermənistan adlı dövləti tanımamaqda qərarlıdır.