Ukrayna Ali Radası Böyük Britaniya ilə bir əsrlik tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib.
Tvit.az xəbər verir ki, bu barədə sosial şəbəkədə parlamentin üzvü Oleksiy Qonçarenko məlumat yayıb.
“Şura Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya arasında Yüzillik Tərəfdaşlıq Sazişini ratifikasiya edib”, - deyə məlumatda bildirilib.
Elmin Alışov