Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Macarıstan Ukraynanı maliyyələşdirmək üçün bir senti belə verməyəcək - XİN
dünya

Macarıstan Ukraynanı maliyyələşdirmək üçün bir senti belə verməyəcək - XİN

16-12-2025 14:00 43 Просмотров
IMG

Macarıstan Ukraynanı maliyyələşdirmək üçün bir avro senti belə verməyəcək.

Tvit.az xəbər verir ki, bunu Macarıstan Xarici İşlər naziri Peter Szijjarto YouTube platformasında "Truth Hour" proqramında bildirib.

Baş nazir eyni zamanda Qərbdə dondurulmuş Rusiya aktivlərinin maliyyə məqsədilə istifadəsinə etiraz edib. O bildirib ki, dekabrın 15-də Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclasında dondurulmuş Rusiya aktivlərinin hesabına Ukraynaya böyük vəsaitlərin göndərilməsi zərurəti barədə fanatik müzakirələr aparılıb.

"Sülh danışıqları münaqişəni diplomatik yollarla həll etməyə yaxınlaşdırsa da, Avropa İttifaqı Rusiya aktivlərinə tamamilə qanunsuz müdaxilə edir və bu, düşmənçiliyin davam etməsi və güclənməsi riskini yaradır," - deyə Szijjarto bildirib.

Peter Szijjarto bildirib ki, bu, milli təhlükəsizliyinin maraqlarına tamamilə ziddir. 

"Dünən açıq şəkildə bildirdim ki, biz Macarıstan xalqının pulundan bir sent belə Ukrayna üçün xərcləməyə hazır deyilik – nə Ukrayna dövlətinin fəaliyyətinə, nə ordunun silahlandırılmasına, nə də müharibəyə," - nazir vurğulayıb.

Aysel Şirinova