Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İqtisadiyyatımız pis vəziyyətdədir, bu Rusiya ilə bağlıdır - Petteri Orpo
dünya

İqtisadiyyatımız pis vəziyyətdədir, bu Rusiya ilə bağlıdır - Petteri Orpo

16-12-2025 15:00 42 Просмотров
IMG

Finlandiya iqtisadiyyanın gərgin vəziyyəti Rusiya təhdiid ilə əlaqələndirilib.

Tvit.az xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo "Financial Times"-ə danışıb.

“Hazırda iqtisadiyyatımız çox pis vəziyyətdədir. Bu, Rusiyadan gələn təhdidlə bağlıdır. Finlandiyada atmosfer çox mürəkkəbdir”, - baş nazir deyib.

Finlandiya baş nazirinin sözlərinə görə, NATO-nun şərq cinahında yerləşən ölkələr təkcə Aİ-nin hərbi layihələri üçün istifadə olunmamış 1,5 milyard avro vəsaitdə deyil, həm də növbəti büdcədə müdafiə üçün nəzərdə tutulmuş 130 milyard avronun əhəmiyyətli hissəsində maraqlıdırlar.

Daha əvvəl Helsinki Universitetinin professoru Tuomas Malinen milli turizm biznesini xilas etmək naminə Finlandiya hakimiyyətini Rusiya ilə sərhədi açmağa çağırmışdı.

Aysel Şirinova