Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında 71 yaşlı qadının meyiti tapılıb.
Tvit.az ARB TV-yə istinadən xəbər verir ki, uzun müddət tək yaşayan qadın bir həftədən çoxdur ki, mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib.