Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ ​BYD tarixinin ən bahalı avtomobili satıldı - Qiymət
ДРУГОЕ

​BYD tarixinin ən bahalı avtomobili satıldı - Qiymət

30-04-2026 23:00 14 Просмотров
IMG

​Çinin elektromobil nəhəngi BYD özünün ən lüks modeli olan Yangwang U9 Xtreme superkarını rekord qiymətə satıb. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı il Pekin Avtomobil Sərgisində baş tutan satış əməliyyatı nəticəsində avtomobil təxminən 2.760.000 ABŞ dollarına alıcı tapıb.

​BYD Qrupunun baş meneceri Li Yunfeyin sözlərinə görə, bu rəqəm Pekin sərgisində qeydə alınan ən yüksək satış qiymətidir. Dünyada cəmi 30 ədəd istehsal olunacaq bu limitli seriyanın ilk nüsxələrindən birini şirkətin sədri Vanq Çuanfu şəxsən yeni sahibinə təhvil verib.

 

​U9 Xtreme modeli təkcə qiyməti ilə deyil, həm də BYD tarixinin ən bahalı və ən güclü tam elektrikli superkarı olması ilə markanın texnoloji zirvəsini təmsil edir. Hazırda bu model brendin lüks seqmentindəki ən uğurlu ticari addımı hesab olunur.

 

Aysel Şirinova