Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakıda məktəbdə zəhərlənməyə görə araşdırma başladıldı - YENİLƏNİB
turizm

Bakıda məktəbdə zəhərlənməyə görə araşdırma başladıldı - YENİLƏNİB

01-05-2026 20:00 16 Просмотров
IMG

Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir.

*** 18:14

Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəbdə kütləvi zəhərlənmə olub. 

"Tvit.az" xəbər verir ki, bu barədə telejurnalist Aytən Səfərova məlumat yayıb. O bildirib ki, şagirdlərin xlordan zəhərləndiyi deyilir. Məktəbə təcili yardım briqadası cəlb olunub.

Məktəbdən verilən açıqlamaya görə isə, 5-ci sinif şagirdləri arasında nəm salfetlərdən allergik reaksiyalar baş verib. Bu səbəbdən həmin uşaqlara təcili yardım çağırılıb. Onların vəziyyəti qənaətbəxşdir.