Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək
iqtisadiyyat

Azərbaycandan tranzit keçməklə Ermənistana ilk dəfə alüminium göndəriləcək

06-05-2026 17:00 23 Просмотров
IMG

Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

 

Bu barədə Tvit.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

 

Məlumata görə, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir.

 

Xatırladaq ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən daha 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl Biləcəri dəmir yolu stansiyasından yola salınıb.