Ağdam rayonunda güllələnmə hadisəsi baş verib.
Tvit.az-ın məlumatına görə, hadisə iyunun 14-də axşam saatlarında rayonun Çullu kəndi ərazisindəki otlaq sahədə qeydə alınıb.
Kənd ərazisində çoban işləyən 1979-cu il təvəllüdlü Elşad Gözəlov digər sahibkarın fermasında çoban işləyən 1975-ci il təvəllüdlü Rövşən Şirinovla spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan çobanlar arasında mübahisə yaranıb.
Mübahisə nəticəsində E.Gözəlov ov tüfəngindən R.Şirinova atəş açıb. Nəticədə R.Şirinov qolundan güllə yarası alıb. Bundan sonra hadisəni törədən E. Gözəlov tüfənglə özünü güllələyib öldürüb.
R.Şirinov xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanılıb.