İşlərini təhvil versələr də şirkətdən aylardır əməkhaqqlarını ala bilmirlər.
"Tvit.az" Xəzər Tv-yə istinadən xəbər verir kİ, “Agah” şirkətlər qrupunda çalışanlar iddia edirlər ki, şirkət 50-yə yazın işçini işlədib, lakin əmək haqlarını ödəmir. Onların sözlərinə görə, dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır.
Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.
Problemlə bağlı "Agah şirkətlər qrupu"ndan bildirildi ki, bir müddətdir maaşlar verilmir. Lakin problemin onlardan qaynaqlanmadığı bildirildi.
Şirkət nümayəndəsi həmçinin onu da əlavə etdi ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əmək haqqı ödəniləcək.