Bu gün Azərbaycan Beynəlxalq Bankının kartlarından pul silinməsi halları müşahidə olunur.
"Tvit.az" xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər.
Bankdan verilən məlumata görə, buna səbəb 3-cü tərəf sistemlərində yaranmış texniki çətinlikdir.
"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq", - məlumatda bildirilib.