"Comex" birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2026-cı ilin iyulunda tədarük edilməklə gümüş füçerslərinin qiyməti 9 dekabr 2025-ci ildən bəri ilk dəfə bir trua unsiyası üçün 60 dollardan aşağı düşüb.
Tvit.az-ın verdiyi məlumata görə, bu, birjanın təqdim etdiyi rəsmi göstəricilərdən məlum olur.
Məlumata görə, gümüşün qiyməti 3,51% azalaraq bir trua unsiyası üçün 59,91 dollar olub.