Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Basketbol millimiz səfərdə Lüksemburqu məğlub etdi
СПОРТ

Basketbol millimiz səfərdə Lüksemburqu məğlub etdi

02-07-2026 23:00 14 Просмотров
IMG

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Tvit.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv V turda səfərdə Lüksemburqla üz-üzə gəlib.

 

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 76:74.

 

Xatırladaq ki, bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran Azərbaycan millisi A qrupunda üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.