Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının bu ərazilərində işıq olmayacaq
sosial

Bakının bu ərazilərində işıq olmayacaq

03-07-2026 09:00 22 Просмотров
IMG

Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində iməcilik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Badamdar qəsəbəsi İqor Ağayev küçəsi, 20-ci sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Həmin tarixdə və saatlarda Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Pirallahı qəsəbəsində Transformator Məntəqəsində (TM) iməcilik işləri icra olunacaq. Planlı fasilə qəsəbədə 2, 6, 8, 10, 12, 14, 16, 22 və 24 nömrəli yaşayış binalarını, Kamil Rzayev küçəsindəki, həmçinin Pirallahı Tibb Mərkəzi və onun əhatəsində yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.

 

Həmçinin bu gün Nizami RETSİ ərazisindəki TM-də həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin bəzi yerləri gərginliksiz qalacaq.

 

Xətai RETSİ ərazisində bir sıra 6 kV-luq hava xəttləri üzrə elektrik naqilləri yenilənəcək. Aparılan yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Polad Həşimov və Zeytun küçələrində enerjinin verilişində fasilə olacaq.

 

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.