Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran Parlamentinin sədri: "ABŞ ticarətdə mövcud reallıqları qəbul etməlidir"
dünya

İran Parlamentinin sədri: "ABŞ ticarətdə mövcud reallıqları qəbul etməlidir"

03-07-2026 23:00 14 Просмотров
IMG

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Özbəkistan parlamentinin sədri ilə görüşündə bildirib ki, ABŞ İsrail-ABŞ müharibəsindən sonra reallıqların dəyişdiyini qəbul etməlidir.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Qalibaf bildirib ki, "keçmişlə müqayisədə şərait yaxşılaşıb və müharibədən sonrakı inkişaflar amerikalıları mövcud reallıqları qəbul etməyə vadar edib. Belə bir mühitdə ticarət əlaqələri daha da genişləndirilə bilər və ümid edirik ki, sanksiyaların qaldırılması üçün zəmin də hazırlanacaq".

 

Qalibaf əlavə edib ki, "İran və Omanın Fars körfəzi və Hörmüz boğazında birgə idarə olunması və Amerikanın bölgədəki fitnəkarlığının azaldılması ilə tranzit əməkdaşlığının inkişafı üçün daha yaxşı imkanlar yaranacaq".

 

Aysel Şirinova