Böyük Britaniya Suriya da daxil olmaqla bir sıra Afrika ölkəsinə birbaşa iqtisadi yardımı 40%-dən çox azaldacaq.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Britaniya bu məqsədlər üçün ayırdığı vəsaiti ümumi milli gəlirin (ÜMM) 0,5%-dən 0,3%-ə endirəcək.
London ötən il də vəsaitləri müdafiə və təhlükəsizliyin gücləndirilməsinə yönəltmək üçün oxşar qərar qəbul edib. Nəşrin məlumatına görə, ümumilikdə, Afrika və digər ölkələrdəki proqramlara ayrılan Britaniya yardımının həcmi 43% azaldılacaq - 2024-2025 maliyyə ilində (31 martda başa çatan) 3,14 milyard funt sterlinqdən (4,24 milyard dollar) 2028-2029-cu illərdə 1,79 milyard funt sterlinqə (2,42 milyard dollar) qədər.
Ən çox təsirlənən Afrika ölkələri Syerra-Leone (83%), Somali (49%) və Cənubi Sudan (46%) olacaq. Suriyaya yardım 55%, Əfqanıstana isə 39% azalacaq.
Aysel Şirinova