İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında təşkil edilən hücumda Fələstin təşkilatı HƏMAS-ın militant qanadı olan Şati batalyonunun bir bölük komandirini öldürdüyünü açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir:
"İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının şimalında HƏMAS-ın Şati batalyonunun bölük komandiri Məhəmməd Muştahini öldürüb. Zərbədən əvvəl mülki şəxslərə dəyən ziyanı minimuma endirmək üçün addımlar atılıb, o cümlədən dəqiq idarə olunan sursatlardan və havadan müşahidədən istifadə edilib".
Aysel