İyunun 26-da 160 rus hərbçisi Ukrayna əsirliyindən qaytarılıb.
Tvit.az-ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
"Qarşılıqlı şəkildə Ukrayna Silahlı Qüvvələrinin 160 hərbçisi təhvil verilib. Qaytarılan rus hərbçiləri isə hazırda Belarus Respublikasının ərazisindədirlər", - deyə məlumatda bildirilib.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, qaytarılan əsirlərlə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova işləyir.
Nazirlik bildirib ki, lazımi psixoloji və tibbi yardım göstərildikdən sonra rus hərbçiləri Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiyalarını davam etdirmələri üçün Rusiyaya aparılacaqlar:
"Rusiyalı hərbçilərin əsirlikdən qaytarılması zamanı Birləşmiş Ərəb Əmirlikləri humanitar xarakterli vasitəçilik səyləri göstərib".