Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Xorvatiya millisinin keçmiş məşhur futbolçusu həbs edildi
idman

Xorvatiya millisinin keçmiş məşhur futbolçusu həbs edildi

15-07-2026 08:00 15 Baxış
IMG

Xorvatiya milli komandasının sabiq futbolçusu Dario Şimiç turizm sahəsindəki korrupsiya işi ilə bağlı həbs edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə "Večernji list" nəşri məlumat yayıb.

 

Polis və Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu (USKOK) Şimiçi Adriatik dənizi sahilində kempinq açmaq üçün qanunsuz icazə almaqda ittiham edir. Futbolçunun vəkili isə onun özünü təqsirli bilmədiyini və müvəkkilinin hər zaman qanun çərçivəsində, dürüst fəaliyyət göstərdiyini bildirib.

 

Söhbət Tisno şəhərində yerləşən, təxminən 30 qonaq və 10 çadır üçün nəzərdə tutulmuş kiçik düşərgədən gedir. İstintaqın versiyasına görə, keçmiş futbolçu düşərgənin tikintisi üçün tələb olunan icazələri dairənin turizm departamentinin sabiq rəhbəri Neda Livlyaniçin köməyi ilə qanunsuz yollarla əldə edib.

 

Qeyd edək ki, 50 yaşlı Dario Şimiç karyerasını 2010-cu ildə başa vurub. O, "Milan"ın heyətində iki dəfə Çempionlar Liqasının qalibi, İtaliya çempionu, həmçinin ölkə kuboku və superkubokunun sahibi olub. Şimiç Xorvatiya milli komandasının heyətində 101 oyun keçirib və 4 qola imza atıb.