Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycan XİN: Odessa sahilləri yaxınlığında gəmi kapitanının axtarışı istiqamətində müvafiq tədbirlər görülür
sosial

Azərbaycan XİN: Odessa sahilləri yaxınlığında gəmi kapitanının axtarışı istiqamətində müvafiq tədbirlər görülür

16-07-2026 09:00 13 Baxış
IMG

14 iyul tarixində Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

 

Bu barədə Tvit.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.


Qeyd olunub ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.