İngiltərənin "Arsenal" klubu yarımmüdafiəçisi Martin Edeqorun transfer qiymətini müəyyənləşdirib.
Tvit.az "Teamtalk"a istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı norveçli üçün təxminən 90 milyon avro tələb edir.
2021-ci ilin avqustundan İngiltərə komandasında çıxış edənfutbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə 36 oyunda 1 qol vurub və 8 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" oyunçunun dəyərini 70 milyon avro qiymətləndirir.