Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Naxçıvanda ötən ay 50 yanğın hadisəsi qeydə alınıb
hadisə

Naxçıvanda ötən ay 50 yanğın hadisəsi qeydə alınıb

06-08-2026 09:00 15 Baxış
IMG

2026-cı ilin iyul ayında Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ümumilikdə 50 yanğın hadisəsi qeydə alınıb.

 

Tvit.az report-un yerli bürosuna istinadla xəbər verir ki, bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda Şərur və Kəngərli rayonlarının hər birində 11, Naxçıvan şəhərində 7, Şahbuz rayonunda 6, Sədərək rayonunda 5, Babək və Ordubad rayonlarının hər birində 4, Culfa rayonunda isə 2 yanğın hadisəsinin baş verdiyi qeyd olunub.

Statistikaya əsasən, iyul ayında ən çox yanğın hadisəsi Şərur və Kəngərli rayonlarında, ən az yanğın isə Culfa rayonunda qeydə alınıb.