Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial "Hyundai" ABŞ-də yüz minə yaxın avtomobili geri çağırır
sosial

"Hyundai" ABŞ-də yüz minə yaxın avtomobili geri çağırır

26-06-2026 17:00 21 Views
IMG

Hyundai Motor" şirkəti ABŞ-də 96 300 avtomobili geri çağırır. Buna səbəb proqram təminatındakı xətadır ki, bu da cihaz paneli displeyinin nasazlığına gətirib çıxara bilər.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə istinadən məlumat verib.

 

Qeyd edilib ki, geri çağırılma 2025 və 2026-cı illərdə buraxılmış "Tucson", "Tucson Hybrid" və "Tucson Plug-In Hybrid" modellərinin bəzi krossoverlərinə şamil edilir. Requlyatordan bildirilib ki, nasazlıq səbəbindən displey spidometr (sürətölçən) və xəbərdarlıq siqnalları da daxil olmaqla, vacib məlumatları əks etdirməyə bilər. Bu da öz növbəsində qəza riskini artırır.

 

"Hyundai" dilerləri cihaz paneli displeyi üçün pulsuz proqram təminatı yeniləməsini təmin edəcəklər.