Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan və Pakistan arasında peşə hazırlığına dair memorandum hazırlanması nəzərdə tutulur
sosial

Azərbaycan və Pakistan arasında peşə hazırlığına dair memorandum hazırlanması nəzərdə tutulur

23-07-2026 14:00 28 Views
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Pakistanın Federal Təhsil və Peşə Hazırlığı Nazirliyi arasında peşə hazırlığı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu hazırlanacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə nazir müavini Hidayət Abullayevin pakistanlı nazir Vaciha Qəmər ilə görüşündə fikir mübadiləsi aparılıb.

 

Hidayət Abullayev iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə də əlaqələrin genişlənməsinə imkan yaratdığını diqqətə çatdırıb.

 

Görüşdə əmək miqrasiyası, məşğulluq, peşə hazırlığı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Vaciha Qəmər peşə hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı üçün geniş potensialın olduğunu, bu sahədə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.

 

Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.