Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib.
Tvit.az-ın əldə etdiyi məlumata görə, meydan paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Taras Şevçenkonun abidəsinin yerləşdiyi ərazidir.
Qeyd edək ki, abidə 2008-ci ildə açılıb. Mərasimdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ukraynanın o zamankı prezidenti Viktor Yuşenko iştirak edib.
Ukraynalı heykəltaraş İqor Qreçanikin müəllifi olduğu 3,5 metr hündürlüyündəki abidə bürüncdəndir.