Həbsxanalardakı sıxlıq səbəbindən məhbuslar azadlığa buraxılır - Bu ölkədə
29-06-2026 09:00 12 Baxış
Böyük Britaniyanın Ədliyyə Nazirliyi həbsxanaların həddindən artıq dolu olması səbəbindən məhbusların vaxtından əvvəl azad ediləcəyi barədə 7 mindən çox cinayət qurbanına bildiriş göndərib.
Tvit.az xəbər verir ki, bu barədə28 iyun tarixində "Daily Mail" qəzeti məlumat yayıb.
Məlumata əsasən, bu proqram yüzlərlə ağır cinayət törətmiş şəxsin böyük qruplar halında, hətta mümkün olduqda eyni gündə azadlığa buraxılması ilə nəticələnə bilər. Bu isə polis arasında küçələrdə cinayətkarların sayının artacağı ilə bağlı narahatlıqları gücləndirir.
Qəzetin məlumatına görə, 2025-ci il sentyabrın 2-dən etibarən 18 aydan az müddətə azadlıqdan məhrum edilmiş bütün məhbuslar vaxtından əvvəl sərbəst buraxılacaq.
Ümumilikdə 12 ildən çox müddətə azadlıqdan məhrum edilmiş məhkumlar da daxildir.