Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç və Ukrayna İrandakı vəziyyətlə əlaqədar altı fiziki şəxs və təşkilata qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə Aİ Şurasının 24 iyul tarixli qərarına qoşulub.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, bu ölkələr milli siyasətlərini Aİ-nin qərarına uyğunlaşdırmağı öhdələrinə götürüblər.
Brüsseldə onların sanksiya tədbirlərinə qoşulması alqışlanıb.