Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İsrailli məskunlar Xevronda fələstinlilərə atəş açıb
dünya

İsrailli məskunlar Xevronda fələstinlilərə atəş açıb

14-08-2026 22:00 15 Просмотров
IMG

Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib ki, İsrailli məskunlar işğal altındakı Qərb Şəriyənin Xevron şəhəri yaxınlığında fələstinlilərə qarşı iki ayrı hücum həyata keçirib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, məskunlar Xevronun şimalındakı Sair şəhərində fələstinlilərə hücum ediblər. Daha sonra Xevronun Əl-Adisa bölgəsində iki fələstinlini güllələyiblər.

 

Qızıl Aypara Cəmiyyəti bildirib ki, baş və bel nahiyələrindən güllə yarası alan iki fələstinli xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

 

Aysel Şirinova